28 noyabr 2026. Şənbə

Azərbaycan boksçuları İstanbulda Prezident Kubokunda mübarizəyə başlayırlar


  • Offside
  • 13:08 27.11.2026
  • Oxunma sayı: 54
Azərbaycan boksçuları İstanbulda Prezident Kubokunda mübarizəyə başlayırlar

Bu gün Türkiyənin İstanbul şəhərində boks üzrə IBA Prezident Kuboku start götürəcək.  

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan millisi turnirdə 10 idmançı ilə təmsil olunacaq.Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev və Nicat Hüseynov (52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyev (60 kq), Malik Həsənov və Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), eləcə də Seyid Seyidov (85 kq) rinqə çıxacaqlar.

Yarışda Azərbaycanı hakim qismində Fuad Aslanov və Rövşən Qədirov təmsil edəcəklər.

Turnirin qalibləri dekabrın 4-də müəyyənləşəcək.







Offside