- Offside
- 23:53 27.11.2026
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında fəxri kürsüyə yüksəlib.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, K44 kateqoriyasında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin bürünc medalına sahib olub.
Milli Paralimpiya Komitəsinin məlumatına görə, Xəlilov 1/4 finalda qazaxıstanlı Askar Dinmukhammedə qalib gəlib. Yarımfinalda isə meksikalı Juan Dueqo Qarsia Lopezə məğlub olub.
Bürünc medal uğrunda görüşdə braziliyalı Valter Sedano Delfino de Oliveyira döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisinə texniki qələbə verilib.
Beləliklə, İmaməddin Xəlilov Astanadakı Qran-Pri Finalını bürünc medalla başa vurub.