- Offside
- 23:53 27.11.2026
Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya Kubokunun final mərhələsinə start veriləcək.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, altı gün davam edəcək yarışda ölkəmizi iki idmançı təmsil edəcək. Nəbi İsgəndərov (70 kq) və Məhəmməd Abdullayev (+90 kq) rinqə çıxacaqlar.
“World Boxing”in 2026-cı ildə təşkil etdiyi üçmərhələli Dünya Kuboku seriyasının həlledici turnirində hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparacaq. İştirakçılardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər yeddi idmançı isə Braziliya və Çində keçirilən əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan boksçuları turnir öncəsi Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.