- Offside
- 23:53 27.11.2026
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti dəfə fərqlənib.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu Polşa çempionatının XVI turunda “Pias”la keçirilən ev qarşılaşmasında komandasının qoluna imza atıb.
Start heyətində meydana çıxan Emreli 59-cu dəqiqədə, “Rakuv”un 0:2 hesabı ilə geridə olduğu vaxt fərqi azaldıb.
Bu qol Mahir Emrelinin Polşa klubunun heyətində 7-ci dəfə rəqib qapısına yol tapması olub.
Hazırda qarşılaşma davam edir.
Qeyd edək ki, azərbaycanlı hücumçu bu il iyulun 17-də “Rakuv”a transfer olunub.