28 noyabr 2026. Şənbə

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazandılar


  • Offside
  • 21:44 27.11.2026
  • Oxunma sayı: 52
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazandılar
Rəsmi

Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə məhdudiyyətli idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

Azərbaycan Deflimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komandamız ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc mükafat əldə edib.

Böyüklər arasında Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal qazanıb.

Ceyhun İsazadə iki yaş kateqoriyasında fərqlənib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. İslam Rzayev (130 kq) gənclərin yarışında gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurub.







Offside