28 noyabr 2026. Şənbə

Azərbaycan şahmatçıları Türk Şahmat Assosiasiyasının çempionatında iki qızıl medal qazandılar


  • Offside
  • 11:01 28.11.2026
  • Oxunma sayı: 45
Azərbaycan şahmatçıları Türk Şahmat Assosiasiyasının çempionatında iki qızıl medal qazandılar
AŞF

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatı Azərbaycan təmsilçilərinin uğuru ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, şahmatçılarımız həm kişilərin, həm də qadınların yarışında çempionluq qazanıblar.

Kişilərin mübarizəsində Nicat Abasov sonuncu – XIV turda Qırğızıstan təmsilçisi Ediyar Orozbayevlə heç-heçə edib. 14 turdan sonra 9 xal toplayan Abasov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.

Qadınların yarışında isə Gövhər Beydullayeva son turda Qazaxıstan şahmatçısı Zarina Nurqaliyeva ilə xalları bölüşüb. Yekunda 10 xal toplayan Azərbaycan təmsilçisi birinci yeri tutub.

Beləliklə, Nicat Abasov və Gövhər Beydullayeva Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medala sahib olublar. Qaliblərin şərəfinə mükafatlandırma və bağlanış mərasimində Azərbaycanın Dövlət Himni iki dəfə səsləndirilib.







Offside