28 noyabr 2026. Şənbə

Xaqan Əhməd dünya çempionatında gümüş medal qazandı


  • Offside
  • 11:34 28.11.2026
  • Oxunma sayı: 32
Xaqan Əhməd dünya çempionatında gümüş medal qazandı
AŞF

Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Xaqan Əhməd turniri gümüş medalla başa vurub. Son turda 15 yaşlı şahmatçımız Paraqvay təmsilçisi Xuan Sebastian Melianla heç-heçə edib.

11 turun yekununda 8,5 xal toplayan Xaqan Əhməd dünya ikincisi olub. O, çempionluğu qazanan Hindistan şahmatçısı Ethan Vazdan cəmi yarım xal geri qalıb.

Beləliklə, 15 yaşlı şahmatçımız özündən yaşca böyük rəqiblərin mübarizə apardığı mundialda gümüş medal qazanaraq Azərbaycanın aktivinə növbəti uğuru yazıb.







Offside