28 noyabr 2026. Şənbə

Hassano Qravett “Sabah”a qayıdıb


  • Offside
  • 17:23 28.11.2026
  • Oxunma sayı: 38
Hassano Qravett “Sabah”a qayıdıb

ABŞ-dən olan basketbolçu Hassano Qravett “Sabah” klubuna qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amerikalı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qravett daha əvvəl iki mövsüm “Sabah”ın heyətində çıxış edib və komandanın aparıcı oyunçularından biri olub. O, Bakı klubunda çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilib.

“Sabah”dan ayrıldıqdan sonra ABŞ-lı basketbolçu karyerasını İtaliyanın “Cantu” klubunda davam etdirib.

Beləliklə, Hassano Qravett yenidən “Sabah”ın heyətinə qoşularaq mövsümün sonunadək komandaya kömək edəcək.







Offside