28 noyabr 2026. Şənbə

UWW prezidenti Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib


  • Offside
  • 19:46 28.11.2026
  • Oxunma sayı: 40
UWW prezidenti Azərbaycan Güləş Federasiyasının ofisini ziyarət edib
AGF

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində olub.

AGF-dən 90deqiqe.Az-a verilən məlumata görə, görüş zamanı UWW rəhbərinə federasiyanın fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr təqdim olunub.

Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və təşəbbüsləri təqdir edib.

Görüşdə həmçinin sözügedən layihələrin gələcəkdə genişləndirilməsi, beynəlxalq səviyyədə tətbiqi və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə istifadəyə verilməsi imkanları müzakirə olunub.







Offside