28 noyabr 2026. Şənbə

“Məni sevmədiyinizi hiss edirəm”


  • Offside
  • 21:30 28.11.2026
  • Oxunma sayı: 42
“Məni sevmədiyinizi hiss edirəm”
Rəsmi

“Əl-Nəsr” klubunun baş məşqçisi Ange Postekoğlu Səudiyyə Ərəbistanı çempionatının 13-cü turunda “Əl-Həzm” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra mətbuat konfransında jurnalistlərin suallarına narazılığını ifadə edib.

90deqiqe.Az-ın məlumatına görə, jurnalistlər mütəxəssisdən “Əl-Əhli”yə 1:3 hesablı məğlubiyyətdən sonra komandanın qələbə qazanmaqda çətinlik çəkib-çəkmədiyini soruşublar.  Postekoğlu isə komandasının hər iki qələbəyə layiq olduğunu bildirib:

“Əl-Əhli” ilə oyunda bəxtimiz gətirmədi. Siz “Əl-Həzm” və “Əl-Sədd” üzərindəki qələbələrimizi çətin qazanılmış nəticələr kimi təqdim edirsiniz. Həmin oyunlara telefonunuzda yenidən baxın və hər iki qələbəyə layiq olduğumuzu görəcəksiniz”, – deyə mütəxəssisin sözlərini “Goal” nəşri sitat gətirib.

Baş məşqçi jurnalistlərə münasibətindən də narazılığını gizlətməyib:

“Deyəsən, mən sizə xoş gəlmirəm. Gördüyümüz iş göz qabağındadır və nəticələr də bunu təsdiqləyir. Artıq 17 oyun keçirmişik. Bəli, turnir cədvəlinə liderlik etmirik, lakin liderlə aramızdakı fərq yalnız top fərqindən ibarətdir”.

Qeyd edək ki, “Əl-Həzm” üzərində qələbədən sonra “Əl-Nəsr” 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və “Əl-Qadisiyyə”dən geri qalıb. “Əl-Hilal”ın qələbəsindən sonra isə komanda üçüncü pilləyə geriləyib.

Bununla yanaşı, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatı tarixində ardıcıl 100 oyunda qol vuran ilk klub kimi tarixə düşüb.

Xatırladaq ki, həmin görüşdən sonra “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Əl-Sədd”i 2:1, ölkə çempionatında isə “Əl-Həzm”i 1:0 hesabı ilə məğlub edib.







Offside