- Offside
- 21:53 28.11.2026
Azərbaycan millisinin cüdoçusu Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində fəxri kürsüyə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 78 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin bürünc medalını qazanıb. Kaisinova 1/4 finalda polşalı Emiliya Qonsioranı məğlub etsə də, yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya uduzub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə italiyalı Alessiya Cordanoya qalib gələrək yarışın bürünc medalına sahib çıxıb.
38 ölkədən 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunur.
Yarışın ikinci günündə millimizin daha 5 üzvü tatami üzərinə çıxacaq.