28 noyabr 2026. Şənbə

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışını başa vurublar


  • Offside
  • 21:53 28.11.2026
  • Oxunma sayı: 27
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışını başa vurublar
Rəsmi

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan cüdo millisinin Yaponiyada üç həftə davam edən beynəlxalq təlim-məşq toplanışı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, hazırlıq prosesində 16 idmançı iştirak edib. Komandaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik ediblər.

Toplanışın ilk həftəsi Tokai Universitetinin nəzdindəki Saqami məktəbində, ikinci həftəsi Tokioda yerləşən Adaçi Gakuen məktəbində, sonuncu mərhələsi isə Kokuşikanda keçirilib.

Yaponiyada əldə olunan beynəlxalq təcrübənin yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığına töhfə verməsi, eləcə də onların gələcəkdə yuxarı yaş qrupları üzrə milli komandalara keçidinə zəmin yaratması gözlənilir.







Offside