- Offside
- 22:18 28.11.2026
Belarus çempionatında 13 mövsüm ardıcıl çempionluq qazanan “BATE Borisov” klubu tarixində ilk dəfə ikinci liqaya düşüb.
90deqiqe.Az-ın məlumatına görə, Belarus Premyer Liqasının 30-cu turunda turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “BATE Borisov” doğma meydanda “İsloç”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran Borisov təmsilçisi elitanı tərk etməkdən xilas ola bilməyib.
Qeyd edək ki, “BATE Borisov” 2006-2018-ci illərdə ardıcıl 13 dəfə, ümumilikdə isə 15 dəfə Belarus çempionu olub. Ölkə futbolunun ən titullu klublarından biri olan komanda tarixində ilk dəfə ikinci liqada mübarizə aparacaq.