28 noyabr 2026. Şənbə

Alkaras İspaniyanı Devis Kubokunun finalına daşıdı


  • Offside
  • 23:24 28.11.2026
  • Oxunma sayı: 38
Alkaras İspaniyanı Devis Kubokunun finalına daşıdı
Rəsmi

İtaliyanın Bolonya şəhərində keçirilən 2026-cı il Devis Kubokunun yarımfinal mərhələsində Böyük Britaniya yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya komandasına ilk qələbəni Rafael Xodar qazandırıb. O, Kemeron Norrini 6:2, 7:5 hesabı ilə məğlub edib.

Günün ikinci qarşılaşmasında isə Karlos Alkaras Artur Feriyə qalib gəlib. Görüş ispaniyalı tennisçinin 6:2, 6:1 hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə, İspaniya millisi turnirin finalında İtaliya yığması ilə qarşılaşacaq. İtalyanlar yarımfinalda Çexiya komandasını 2:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Devis Kubokunun son qalibi İtaliya millisidir. Turnirin final mərhələsi noyabrın 24-dən 29-dək davam edəcək.







Offside