- Offside
- 21:55 29.11.2026
Azərbaycan taekvondoçuları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində iki medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Əsma Abdullazadə (29 kq) və Yusif Nağızadə (65 kq) yarışda üçüncü yeri tutaraq bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycan idmançıları qitə birinciliyini iki bürünc medalla başa vurublar.