30 noyabr 2026. Bazar ertəsi

Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib


  • Offside
  • 17:46 29.11.2026
  • Oxunma sayı: 50
Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
ABF

Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov Daşkənddə keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşıb. Hər üç raundda üstün olan İsgəndərov hakimlərin yekdil qərarı ilə 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesablı qələbə qazanıb.

Bu nəticə ilə boksçumuz ən azı Dünya Kubokunun bürünc medalını təmin edib. O, dekabrın 1-də finala vəsiqə uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycanın digər boksçusu Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala yüksələrək medalını təmin edib.







Offside