- Offside
- 21:55 29.11.2026
Azərbaycan cüdoçuları İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində daha iki qızıl medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, yarışın ikinci günündə Şəfəq Həmidova (48 kq) və Aydan Vəliyeva (-52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyi (hər ikisi İtaliya) məğlub edib. Finalda Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz turnirin çempionu olub.
-52 kq çəki dərəcəsində çıxış edən Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestrone üzərində də qələbə qazanan təmsilçimiz qızıl medala sahib çıxıb.
Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.
261 cüdoçunun iştirak etdiyi turnirdə ölkəmiz 6 qadın idmançı ilə təmsil olunub.