7 may 2026. Cümə axşamı

Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik - Tərlan Əhmədov


Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik - Tərlan Əhmədov

"İtkilərə baxmayaraq, komandadan mübarizəli oyun gözləyirdim. Bu qədər gözəl oyuna inanmırdım. Üç əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi məni sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".

Corner.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.

48 yaşlı mütəxəssis kubokda Ağdam klubu ilə oyun öncəsi bu xalın onlara əlavə motivasiya verib-verməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Hələ bilmirəm. İki cəbhədə oynamaq üçün iki eyni heyət olmalıdı. Tito Frutosla Miyusko Boyoviç fevrala qədər bizə kömək edə bilməyəcək. Komandanı yığanda fikirləşirdik ki, mükafatçılar sırasında qərarlaşaq. Futbolçuları seçəndə bunu nəzərə alırdıq. Bir il ərzində komanda formalaşdırmaq çətindi. Bu xal motivasiya verir. Məni daha çox zədələr narahat edir. Yorğunluğa baxmayaraq, komanda köklənə bilir. Kubok matçına qədər vaxtımız var. Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik. Həmin matçlarda bacardığımız qədər yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi