23 oktyabr 2024. Çərşənbə

Sumqayıt'la 31-ci duel


Sumqayıt'la 31-ci duel

Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatacaq.

Corner.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ” 2019-cu ildəki son çempionat oyununda “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın səfər matçı bu rəqiblə 31-ci görüş olacaq.

İndiyədək komandalar 30 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. 18 qələbə qazanan komandamız 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən “qırmızı-qaralar” 23 qol buraxıb. “Sumqayıt”la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

“Qəbələ” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 23 qol buraxıb.

“Qırmızı-qaralar” 15-ci dəfə “Sumqayıt”ın qonağı olacaq. Səfərdəki 14 matçda komandamız 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan “Qəbələ” top fərqində də üstündür. 21 qol vuran futbolçular 14 top buraxıblar.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 15:00-da start götürəcək.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir