7 avqust 2026. Cümə

Çətin oyun olacağını bilirdik - Elmar Baxşıyev


Çətin oyun olacağını bilirdik - Elmar Baxşıyev

“Planlaşdırdığımız kimi oldu. Çətin oyun olacağını bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oyun sərgiləyir".
 
Corner.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turunda səfərdə "Sumqayıt"la heç-heçə etdikləri  oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Görüşü şəhr edən çalışdırıcı qırmızı vərəqə alan Anar Nəzirov və Qismət Alıyevi cəzalandıracağını bildirib: "İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm.
 
Oyunu doqquz oyunçuyla bitirdik. Amma burada hakimlik heç nə yox idi. Hər iki qırmızı vərəqə bizim oyunçulara görə oldu. Kodeksə uyğun cəzalanacaqlar. Onların cəzasını özümüz verəcəyik".
 
Baxşıyev heyətinn gücləndirilməsi barədə isə bunları deyib: "Futbolçularımıza marağın olması, bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı