7 avqust 2026. Cümə

Klubda daxili problemlər var - Rahid Əmirquliyev


Klubda daxili problemlər var - Rahid Əmirquliyev

"Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 14-cü turunda  “Zirə”yə 1:4 hesabı ilə uduzduqları  oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ötən dəfə də demişdim ki, bu vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazımdır. Biz də çalışırıq ki, qələbə ilə özümüzə gələk. Bu istəklə meydana çıxmışdıq, ancaq erkən qol buraxdıq. Bundan sonra toparlana bilmədik.

- Qış fasiləsində komandada dəyişiklik gözlənilir?

 Bunu bilmirəm. Bu barədə rəhbərlik və baş məşqçidən soruşsanız, daha yaxşı olar. Fikrimcə, komanda güclənməlidir. Əgər nəsə etmək istəyiriksə, komandaya yeni nəfəs gəlməlidir.

- Baş məşqçiniz Aftandil Hacıyev problemlərinin olduğunu desə də, tam açıqlamır. “Səbail”in daha çox maliyyə, yoxsa intizam problemi var?

- İntizamla bağlı problem yoxdur. Klubda daxili problemlər var. Məşqçi demək istəməyibsə, deməli, belə lazımdır.

- “Zirə” ilə kubokda da qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazır olacaqsınız?

- Böyük hesabla uduzduq. Belə məğlub olmağı istəməzdik. Bu, futboldur. “Qəbələ”yə də belə uduzmuşduq, amma sonra toparlandıq. Yığışıb, rəqibi analiz edəcəyik. Çalışacağıq ki, mərhələni keçə bilək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı