7 avqust 2026. Cümə

550-ci səfər qolu


550-ci səfər qolu

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sabah” – “Neftçi” matçında vurulan son qol qonaqlar üçün əlamətdar olub.

Corner.az-ın PFL-in saytına istinadən xəbərinə görə, paytaxt klubu ölkə çempionatları tarixində 550-ci səfər qolunu vurub. Bu yubiley topunu isə Stiven Monroz qeyd edib. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.

“Neftçi” 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatındakı ilk səfər qolunu 1992-ci il mayın 15-də Yunis Hüseynov vurub. O, “Avtomobilçi” ilə Yevlaxdakı matçın 21-ci dəqiqəsində fərqlənib. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı