12 may 2026. Çərşənbə axşamı

Neftçi'nin rənglərinə aşiqik - Muhterem Ermez


Neftçi'nin rənglərinə aşiqik - Muhterem Ermez

"Buraya gəlmək səbəbimiz "Neftçi"dir. Onların rənglərinə aşiqik. Türkiyə də "Beşiktaş"a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə ağ və qara olur".

Corner.az xəbər verir ki, bunu "Neftçi" ilə 2 illik əməkdaşlıq müqaviləsi imzalayan "Buta Global Enerji-Tekstil" şirkətinin baş direktoru Muhterem Ermez deyib. Türkiyəli iş adamı "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında Azərbaycanda hazırda yalnız futbolla maraqlandıqlarını bildirib: "Əvvəllər Türkiyə millisi ilə sponsorluğumuz olub. Basketbol komandasına da sponsorluq etmişik. “Buta Global” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fgəaliyyət göstəririk. Enerji və tekstil sahələrindəyik. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. Bundan sonra ölkənin böyük klublarından birində geyim sponsoru olacağıq. Çox qürurluyuq. İnanıram ki, klub Avropada və dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik".

Qeyd edək ki, müqaviləyə əsasən, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi