22 iyun 2026. Bazar ertəsi

AFFA-dan Qəbələ'nin qapıçısına sərt cəza


AFFA-dan Qəbələ'nin qapıçısına sərt cəza

AFFA “Qəbələ”nin qapıçısı Anar Nəzirova sərt cəza tətbiq edib.

Corner.az xəbər verir ki, qurumun İntizam Komitəsi ona dörd oyunluq cəza verib. AFFA-nın saytında açıqlanan qərarda deyilir:

“Premyer Liqanın XIV turunun “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunur. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək”.

Bundan başqa, oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

İntizam Komitəsi həmçininin “Keşlə”nin futbolçusu Flores Franco Valentinə 1 oyunluq cəza verib. Bunaa onun Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Kəpəz”ə qarşı matçın 45+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı