24 oktyabr 2024. Cümə axşamı

Qəbələ'ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm


Qəbələ'ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm

"Kubok fərqli bir turnirdir. Oyunun çətin olacağını bilirdik. İlk matçı evdə keçirdiyimiz üçün həm hücumda, həm də müdafiədə yaxşı oynamağa çalışırdıq".

Corner.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la ilk oyunundan sonra mətbuat konfransında deyib. 

O, böyükhesablı qələbəni (3:0) belə şərh edib: "Ümumi götürsək, tam oyundan razı qalmadım. Ülvi İsgəndərovun meydana daxil olması ilə hücum və ya müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə hiss edirdik ki, rəqib daha çox hücum edəcək. Buna görə meydana bir hücumçu buraxıb, ön  xətdə daha çox olmağa çalışdıq. Bu da öz faydasını verdi".
 
Elmar Baxşıyev komandasının mərhələ keçmək şansarından danışıb. O, 3:0 hesablı qələbəyə baxmayaraq, şansların 50-nin 50-yə olduğunu bidirib: "Kubokda sürpriz ola bilər. Komandanı çətin oyuna kökləyəcəyik. Qırmızı vərəqəyə gəlincə, bunu normal qiymətləndirirəm. Bu, oyun epizodunda baş verdi. Qarşıda daha bir oyunumuz var. Bu səbəbdən yanvarda heyətdə ola biləcək dəyişikliklərdən danışmağa tələsməyək. Bütün futbolçulara şans veririk. İlk “11-liy”ə layiq olan oyunçular da meydana çıxır".

E.Baxşıyev çətin durumda olan "Qəbələ"nin yaşamalı olduğunu da qeyd edib: "Qəbələ" Azərbaycan futboluna lazımdır. “Qəbələ”ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm. Yaxşı nəticələri olub. Azərbaycan və Avropada tanınmış klubdur. İnanıram ki, “Qəbələ” yaşayacaq, uğurları və nəticələri ilə hamını sevindirəcək”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir