21 aprel 2026. Çərşənbə axşamı

50-ci heç-heçə


50-ci heç-heçə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Səbail”lə səfər qarşılaşması “Zirə”nin tarixinə 50-ci heç-heçə kimi düşüb.

Corner.az xəbər verir ki, bunadək 183 matçda 49 dəfə sülh edən “qartallar” yubiley bərabərliyinə nail olub.

Bunlardan 40-ı Premyer Liqa, 6-sı Birinci divizion, 3-cü Azərbaycan kuboku, 1-i UEFA Avropa Liqasına təsadüf edib. “ASCO Arena”da qeydə alınan 0:0 hesablı nəticə komandanın 26-cı səfər heç-heçəsidi. Digər 24 belə nəticə isə evdə qeydə alınıb.

“Zirə” 4 müxtəlif hesabla heç-heçə edib. Komandanın oyunlarında 23 dəfə 1:1, 18 dəfə 0:0, 8 dəfə 2:2, 1 dəfə 3:3 hesabına təsadüf olunub.

Qeyd edək ki, “Zirə”nin tarixində ilk heç-heçə 2014-cü il sentyabrın 12-də baş tutub. Birinci divizionun “Neftçala” ilə səfər qarşılaşmasında hesab açılmayıb.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”