7 avqust 2026. Cümə

Peyman Babayini "xalq düşməni" elan etmişdilər - Ayxan Abbasov


Peyman Babayini "xalq düşməni" elan etmişdilər - Ayxan Abbasov

"Kubok matçı iki oyundan ibarətdir. “Neftçi"nin heyəti bəllidir, genişdir. Sevindirən odur ki, futbolçularım meydanda tapşırıqları düzgün yerinə yetirdi, sona qədər döyüşdülər. Biz də qol vura bilərdik, rəqib də. Vuruşmağa söz vermişik".

Corner.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbol səhvlərin üzərində qurulub. Tək Elvin Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. "Zirə" ilə 2:2 hesablı oyundan sonra Peyman Babayini "xalq düşməni" elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi. "Neftçi" güclü rəqibdir. Yaxşı futbolçulardan ibarət heyəti var. Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik. Ümumilikdə, şansları bərabər hesab edirəm. "Qarabağ"a da ilk məğlubiyyəti biz yaşatdıq. Belə oyunların futbolçuların inkişafında rolu böyükdür. Çalışıram ki, futbolçuları belə oyunlara maksimum kökləyim, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, daha bir neçə epizod da yaratdıq" - deyə o bildirib.

A.Abbasovun sözlərinə görə, bu heyətin potensialı var: "İnanıram ki, gələcəkdə daha yaxşı yerlərdə olacaqlar”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı