12 may 2026. Çərşənbə axşamı

Artıq əzələlər də tab gətirmir - Tərlan Əhmədov


Artıq əzələlər də tab gətirmir - Tərlan Əhmədov

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  Azərbaycan kubokunun 1/4 final mərhələsində səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra mətbuat konfransı keçirib.

Corner.az-ın xəbərə verir ki, o, əvvəlcə matçı dəyərləndirib:

Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik.  Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Artıq əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq.

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?

- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir.

- Daha bir itkiniz oldu...

- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda vəziyyət normaldır.

- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?

- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi