12 may 2026. Çərşənbə axşamı

Danışılmış oyunlarla bağlı daha 40 nəfər saxlanıldı - Qalmaqal böyüyür


Danışılmış oyunlarla bağlı daha 40 nəfər saxlanıldı - Qalmaqal böyüyür

Danışılmış oyunlarla bağlı qalmaqal böyüyür.

Corner.az xəbər verir ki, AFFA-nın 28 nəfəri futboldan “silməsi” ilə hər şey bitməyibmiş.

Əslində, qumar meydanına çevrilən I divizionda şəbəkənin “Turan Tovuz” və “Ağsu”nun oyunçularından ibarət olmadığı bəlli idi. Az qala bütün klublarda bukmekerlərin toruna düşənlərin olduğu bəllidi. Bunun isbatlanması lazımdı və proses davam edir.

Əldə etdiyimiz məlumata görə, son 2 gündə daha 40 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlardan 8-i klub rəsmisi, məşqçilər, qalanı isə futbolçulardı. Oyunların nəticələrinin manipulyasiyasında şübhəli bilinən bu adamların son mövsümlərdəki bütün əməlləri ortaya çıxarılıb.

“Keşlə”nin fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb. Mehman “Binə”dəki fəaliyyəti zamanı bir sıra səhvlərə yol verib. Bunu “Binə” klubunun prezidenti Teymur Həsənlinin də saxlanılması faktı sübut edir. Onlar “Binə”nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümündəki əməllərinə görə cavab verəcəklər.

AFFA hələlik saxlanılanların siyahısını açıqlamayıb. Güman ki, İntizam Komitəsinin sabahkı iclasında qərarlar veriləcək və istintaqa cəlb olunanların siyahısını biz də biləcəyik. (futbolinfo.az)







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi