24 oktyabr 2024. Cümə axşamı

Prosineçkinin milliyə qayıtmasını istəyərəm - Mahir Emreli


Prosineçkinin milliyə qayıtmasını istəyərəm - Mahir Emreli

"Qarabağ"ın hücumçusu Mahir Emreli Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda"Keşlə" üzərində 1:0 hesablı qələbədən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Həqiqətən bərabər səviyyəli oyun gedirdi. Sadəcə ikinci hissədə topa daha çox nəzarət etməyə başladıq. Sonda da şükürlər olsun ki, qol vura bildik. Buna görə də cavab qarşılaşmasına yaxşı əhval-ruhiyyə ilə hazırlaşacağıq. Amma bu nəticə hələ heç nə demək deyil. Çünki 1 top elə böyük fərq deyil. 3 gün vaxtımız var. Düşünürəm ki, bu müddət ərzində ikinci görüşə hazırlaşmaq lazımdır.

- Ümumiyyətlə, "Keşlə" ilə ardıcıl 2-ci dəfə qarşlaşırsınız. Hələ cavab görüşü də  var. Yəni, ardıcıl 3 matçda 1 rəqibə qarşı oynamaq motivasiya verir, yoxsa çətinlik yaradır?

- Düzdür, köklənmək bir az çətin olur. Amma sonda düşünmək lazımdır ki, əlimizdə olan budur. Bu, bizim işimizdir. Ona görə də heç bir bəhanə uydurmalı deyilik ki, rəqib eynidir və ya son matçdır. Çıxıb, öz oyunumuzu oynamalıyıq.

- Öz meydanınızda qol buraxmadan 1:0 hesabı ilə qələbə qazanmağınız hardassa üstünlük sayılır. Cavab görüşü üçün şansları necə dəyərləndirirsiniz?

- Bizim  və ya onların üstün olduğunu deyə bilmərəm. Mənə görə qarşıdakı oyun üçün şanslar bərabərdir.

- İl başa çatır. Kimi Azərbaycanın ən yaxşı futbolçusu sayırsınız? Özünüzu və ya başqa bir futbolçunu?

- Özümü demək istəmərəm. Kimi layiq görürlərsə, ona da qismət olar.

- Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olmusunuz. Bu il fərqlənməyə nə mane olur?

-  Özünüz bilirsiniz, 3 dəfə ard-arda zədə aldım. Ola bilər ki, bu, məni bir az geri saldı. Düzdür, 1 matç qalıb. Amma çalışacağam ki, gələcək mövsümə daha yaxşı formada olum.

- Fasilədən sonra daha yaxşı Mahir görə biləcəyik?

- İnşallah, təlim-məşq toplanışında maksimum  hazırlaşıb, fasilədən sonra daha yaxşı formada olacağam.

- Milli komandada baş məşqçi vəzifəsi üçün Prosineçkinin adı hallanır. Bu mütəxəssisin dövründə də millidə çıxış etmisiniz. Prosineçkinin yığmanı çalışdırmasının tərəfdarısınızmı? Ümumiyyətlə, yerli məşqçinin gətirilməsini istəyərsiniz, yoxsa əcnəbi?

- Onun dövründə də komanda yaxşı oyun göstərirdi. Ən azından hər bir rəqibə qarşı başabaş mübarizə aparırdıq. Amma baş məşqçi kim olur, olsun, hər bir futbolçu milli komanda üçün canını qoymalıdır. Bu, rəhbərlik səviyyəsində həll olunacaq bir işdir.

- Rəşad Sadıqov deyib ki, Prosneçkinin qayıdışını istəyirəm. Bəs, siz bunu istəyirsiniz?

- Mən də qayıtmağını istəyərəm.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir