12 may 2026. Çərşənbə axşamı

Samir Musayev və hakimləri söyən 10 futbolçu cəzalandırıldı


Samir Musayev və hakimləri söyən 10 futbolçu cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Corner.az-ın məlumatına görə, aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Komitə, xüsusən də, hakimlər briqadasını təhqir edən məşqçi, klub rəsmisi və futbolçuları sərt cəzalandırıb. Region Liqası və aşağı yaş qrupu liqalarında ümumilikdə 10 futbolçu hakimin ünvanına söyüş işlətdiyi üçün 4 matçlıq cəzalandırılıb.

Həmçinin baş məşqçilər də cəzasız qalmayıb. Gənclər Liqasının “Qarabağ” – “Zirə” qarşılaşmasında tribunadan hakimlər briqadasını təhqir edən birincilərin baş məşqçisi Samir Musayev daha 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Eyni səbəbdən cəzalandırılanlar arasında EFA-nın U-11  komandasının baş məşqçisi Tağı Məmmədov və futzal üzrə II dəstədə yarışan “Atletiko Baku”nun meneceri Zaur Səmədov da var.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi