22 iyun 2026. Bazar ertəsi

Zirə'nin legionerini dilənçilər soydu


Zirə'nin legionerini dilənçilər soydu

"Zirə”nin hücumçusu Mfo Kqasvane soyulub.

Corner.az xəbər verir ki, hadisə Bakının Səbail rayonunda baş verib.

Botsvanalı futbolçunu dilənçilər qarət edib. Bu barədə oxu.az Səbail rayonu Polis İdarəsinə istinadən xəbər yayıb. Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.

O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana vətəndaşı Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.

Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.

Qeyd edək ki, əcnəbi futbolçu “Zirə”də 23 nömrə altında çıxış edən hücumçudu.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı