21 aprel 2026. Çərşənbə axşamı

Qəbələ'də baş məşqçi təsdiqləndi


Qəbələ'də baş məşqçi təsdiqləndi

Elmar Baxşiyev cari mövsümün sonuna qədər "Qəbələ" futbol komandasının baş məşqçisi təyin olunub.

Corner.az xəbər verir ki, bu barədə klub prezidenti Fariz Nəcəfov bildirib.

Onun sözlərinə görə, 38 yaşlı mütəxəssis artıq bu vəzifəni müvəqqəti icra etmir və baş məşqçi kimi təsdiqlənib.

Nəcəfov "Qəbələ"nin heç kimə borcu olmadığını bildirib: "Akademiyamızın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirik. Ancaq məqsəd yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Juniçlə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq. Klubun hazırda heç kimə borcu yoxdur". 

Klub rəhbəri "Qəbələ" Futbol Akademiyasının binasının satışa çıxarılması ilə bağlı xəbəri doğru saymayıb: "Qəbələ" futbol yox, idman klubudur. Bizim "Tokio-2020" Yay Olimpiya Oyunlarından medal gətirəcək idmançılarımız var".(report)







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”