15 avqust 2026. Şənbə

Qarabağ'dan ayrılmaq fikrim yoxdur - Zubir


Qarabağ'dan ayrılmaq fikrim yoxdur - Zubir

"Qarabağ"da çox xoşbəxtəm. Mövsümün əvvəlində belə söhbətlər var idi. Amma bunlara fikir vermirəm”.

Corner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir jurnalistlərə bugünkü açıqlamasında deyib.


Bir müddət əvvəl Fransanın "Genqam" klubunun gündəmində olan 28 yaşlı yarımmüdafiəçi bu barədə danışıb. Mərakeş asilli fransalı yarımmüdafiəçi Ağdam klubundan ayrımaq fikrində olmadığını bildirib: “Klubda xoşbəxt olduğum üçün işimə köklənmişəm. Yayda bu söhbətlər var idi, biz isə Çempionlar Liqasına hazırlaşırdıq. Ona görə də fikrimi oraya yönəltmişdim. Hazırda bu barədə xüsusi nəsə yoxdur. Klubu tərk etmək fikrində deyiləm. Mənim hazırda 1.5 illik müqaviləm var. Yeni bir təklif olsa, niyə də yox?" (qol)







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer