21 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan kubokunda 1112 gündən sonra...


Azərbaycan kubokunda 1112 gündən sonra...

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” və “Səbail” arasında cavab oyununda əlavə vaxta ehtiyac olub.

Corner.az xəbər verir ki, hər iki qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatdığından yarımfinalçı əlavə yarım saatda bəlli olub.

Maraqlısı bundadı ki, bu, son üç ildə ilk belə hadisə olub. 2017/18 və 2018/19 mövsümlərində, həmçinin cari turnirin əvvəlki mərhələsində belə hal olmayıb.

Əlavə vaxtın oynanıldığı son matç 2016/17 mövsümünün 1/8 finalına təsadüf edib. “Qəbələ” və “Zaqatala” arasında 2:2 hesabı ilə başa çatan görüşün əlavə 30 dəqiqəsi də qalibi müəyyənləşdirmədiyindən hətta penaltilər seriyasına ehtiyac yaranıb. Bu qarşılaşma 2016-cı il dekabrın 2-də keçirilib.

Növbəti belə hadisə 1112 gündən sonra Zirədə qeydə alınıb. Bu üç ildə Azərbaycan kuboku ilə bağlı qəbul olunan yenilik də ilk dəfə tətbiq edilib. 2018/2019 mövsümündən əlavə vaxt olan qarşılaşmalarda əlavə 4-cü əvəzetməyə icazə verilməsi barədə qərar qəbul olunub. Amma “Zirə” – “Səbail” görüşünə qədər yenilikdən istifadə olunması alınmayıb. Çünki əlavə vaxt olmayıb. Adıçəkilən qarşılaşmada “Zirə” üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə yenilikdən 118-ci dəqiqədə Vüqar Bəybalayevin Rahid Əmirquliyevi əvəzləməsi zamanı yararlanıb. Bu, ölkə futbolunda əlavə vaxta görə verilən artıq əvəzetmə sayəsində ilk oyunçu dəyişikliyi olub.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”