7 avqust 2026. Cümə

Azərbaycan futbolunda ilk dəfə ...


Azərbaycan futbolunda ilk dəfə ...

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” və “Səbail” arasındakı cavab oyununda son 3 ildə ilk dəfə əlavə vaxta ehtiyac olub.

Corner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatdığından yarımfinalçı əlavə yarım saatda müəyyənləşib.

2017/2018 və 2018/2019 mövsümlərində, həmçinin cari turnirin əvvəlki mərhələsində belə hal yaşanmayıb. Əlavə vaxtın oynanıldığı son matç 2016/2017 mövsümünün 1/8 finalına təsadüf edib. “Qəbələ” və “Zaqatala” arasında 2:2 hesabı ilə başa çatan görüşün əlavə 30 dəqiqəsi də qalibi müəyyənləşdirmədiyindən hətta penaltilər seriyasına ehtiyac yaranıb. Bu qarşılaşma 2016-cı il dekabrın 2-də keçirilib.

Növbəti belə hadisə 1112 gündən sonra Zirədə qeydə alınıb. Bu üç ildə Azərbaycan kuboku ilə bağlı qəbul olunan yenilik də ilk dəfə tətbiq edilib. 2018/2019 mövsümündən əlavə vaxt olan qarşılaşmalarda 4-cü əvəzetməyə icazə verilməsi barədə qərar qəbul olunub. Amma “Zirə” – “Səbail” görüşünə qədər yenilikdən istifadə olunması alınmayıb. Çünki əlavə vaxt olmayıb. Adıçəkilən qarşılaşmada “Zirə” üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə yenilikdən 118-ci dəqiqədə Vüqar Bəybalayevin Rahid Əmirquliyevi əvəzləməsi zamanı yararlanıb. Bu, ölkə futbolunda əlavə vaxta görə verilən artıq əvəzetmə sayəsində ilk oyunçu dəyişikliyi olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı