7 avqust 2026. Cümə

Yarımfinalda Qarabağ'la qarşılaşmaq istəyərəm - Ayxan Abbasov


Yarımfinalda Qarabağ'la qarşılaşmaq istəyərəm - Ayxan Abbasov

"Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildir ki, "Sumqayıt"dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq".

Corner.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:0) sonra keçirilən mətbuat konfransında deyib.
 
"Aleksey İsayevin yoxluğuna gəlincə, ona özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə bir hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq. Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi" - deyə o bildirib.
 
A.Abbasovun sözlərinə görə, qışdan sonra çox çətin olacaq: "Yaxşı mənada dəstək lazımdır. Bu gün gənclərin inkişafı göz qabağındadır. Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidir. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq. Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədir. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik. Yarımfinalda "Qarabağ"la qarşılaşmaq istəyirəm”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı