17 mart 2026. Çərşənbə axşamı

Sumqayıtın heyətində final oynamaq istəyərəm - Vüqar Mustafayev


Sumqayıtın heyətində final oynamaq istəyərəm - Vüqar Mustafayev

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Yarımfinala vəsiqə qazandınız. İlk oyunla müqayisədə bu görüş daha çətin alındı?

- Səfərdəki oyuna da ciddi hazırlaşmışdıq. Bilirdik ki, rəqib güclü komandadır. Azərbaycan çempionatında "Qarabağ" və "Neftçi" köklü və iddialı klubdur. Səfərdə yaxşı nəticə qazanmaq istəyirdik. Şükürlər olsun ki, həmin oyunda 1:0 qalib gəldik. Səfər oyunu ilə müqayisədə ev oyununun daha ağır keçəcəyini bilirdik. Ona görə də daha yaxşı hazırlaşmışdıq. Məşqçimiz taktikanı izah etmişdi, lazım olan şeyləri bildirmişdi. Çalışdıq ki, onun dediklərini meydanda düzgün yerinə yetirək və lazım olan nəticəni əldə edək.

- İlk oyunda hər şeyi həll edə bilmək üçün şansınız var idi. Orada daha çox qol vura bilərdiniz...

- Düzdür, qapıya zərbələrimiz oldu. Amma heç-heçə də ola bilərdi, məğlub da ola bilərdik. Onların da heyətində Dabo və Turalın axırıncı dəqiqələrdə vurduğu zərbələri qapıçı Mehdi Cənnətov çıxardı. Deməzdim ki, özümüzü çətinə saldıq. Futboldur, hər şey ola bilər.

- Yarımfinalda hansı rəqiblə qarşılaşmaq sizə sərf edir? "Keşlə", yoxsa "Qarabağ"?

- Düzdür, hamımız "Qarabağ"ı tanıyırıq. Amma bizim üçün "Keşlə" də onlardan zəif rəqib deyil. Fərqi yoxdur, hansı yarımfinala keçsə, onunla mübarizə aparacağıq.

- "Neftçi"yə qarşı 90 dəqiqə müdafiə olundunuz. Fiziki olaraq tab gətirirdiniz, yoxsa bəzən bəxtiniz gətirirdi?

- Bilirdik ki, ilin axırıdır. Yorğunluq halları olacaq. Çalışdıq ki, bacaraq. 90 dəqiqə yox, lap 120 dəqiqə də olsa, tab gətirə bilərdik. Bu oyunun mahiyyətini hamı başa düşürdü.

- "Sumqayıt" ötən il də "Neftçi"ni kubokda məğlub etmişdi. Premyer liqada onlara qalib gələ bilmirsiniz, amma bu, kubokda alınır. Aradakı fərq nədir?

- Kubok oyunu 2 oyundan ibarətdir.

- Bəlkə "Neftçi" kuboka qeyri-ciddi yanaşır? Belə demək olar?

- Belə deməzdim. Sadəcə çempionat oyunlarında öz səhvlərimizdən "Neftçi"yə məğlub olduq.

- Ötən il kubokda finalda uduzdunuz. Bu il ən azından finalda oynaya  bilərsiniz?

- Ötən mövsüm heyətdə mən yox idim. (Gülür)  Bu mövsüm "Sumqayıt"ın heyətində final oynamaq istəyərəm.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi