29 yanvar 2026. Cümə axşamı

Azərbaycan kuboku tarixində 3-cü dəfə...


Azərbaycan kuboku tarixində 3-cü dəfə...

Azərbaycan kubokunda 1/4 final m'ərhələsini adlayaraq yarımfinala yüksələn komandaların hamısı əvvəllər də bunu bacarıb

Corner.az xəbər verir ki, “Qarabağ” digər üç komanda ilə müqayisədə bunu daha çox nail olub..

Ağdam təmsilçisi tarixində 16-cı dəfə yarımfinalda çıxış edəcək. Qarabağ  bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubunun rekordu 17-yə bərabərdi. Digər yarımfinalçılardan “Qəbələ” 8-ci, “Sumqayıt” 3-cü, “Zirə” 2-ci dəfə 1/4 final səddini keçib.

Maraqlıdı ki, yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardı. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.

Bu, ölkə kuboku tarixində 3-cü belə hadisədi ki, ardıcıl iki dəfə eyni komandalar yarımfinala yüksəlir. 2009/10 və 2010/11 mövsümlərində AZAL, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”, 2015/16 və 2016/17 mövsümlərində “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” yarımfinalda yerini qoruyub.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi