15 avqust 2026. Şənbə

Zirə'nin rəqibləri bilindi


Zirə'nin rəqibləri bilindi

“Zirə” klubunun qış təlim-məşq toplanışının proqramı müəyyənləşib. 

Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kollektiv yanvarın 3-də Bakıda bir araya gələcək. Yanvarın 7-dək paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. “İC Santai” otelində məskunlaşacaq komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Premyer liqa təmsilçisi yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, yanvarın 16-da Rumıniyanın “Sepsi”, yanvarın 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Zirə" Vətənə yanvarın 22-də qayıdacaq.







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib