22 iyun 2026. Bazar ertəsi

Beqoviçin qalacağı real görünmür - Əmrah Çəlikəl


Beqoviçin qalacağı real görünmür - Əmrah Çəlikəl

"Qarabağ" klubla müqaviləsi başa çatan Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə danışıqları davam etdirir.

Corner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib. O, 30 yaşlı yarımmüdafiəçinin açıqlamasına da münasibət bildirib: "Almeydanın Qzaxıstan mətbuatındakı açıqlamasını oxudum. Amma biz ondan rədd cavabı almamışıq. Klubumuza "yox" deməyib. Danışıqlar gedir, ancaq o, hazırda azad agent statusuna malikdir. Bizimlə olan müqaviləsi başa çatıb. Yəqin ki, bizə hər hansı cavab verəcək".

Çelikəl "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin də komandada qalmaq ehtimalından söz açıb: "Beqoviçin qiymətini bilirik. Biz onu qışa kimi icarəyə götürmüşdük. Onun "Qarabağ"da qalacağı real görünmür".

Qeyd edək ki, Asmir Beqoviç müqavilə üzrə İngiltərənin "Bornmut" klubuna məxsusdur. Riçard Almeyda isə hazırda klubsuzdur. O Qazaxıstan mətbuatına müsahibəsində “Qarabağ”dan ayrılırsınız?” sualına belə cavab verib: “Elədir ki var”.(report)







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı