15 avqust 2026. Şənbə

Qarabağ'ın bütün rəqibləri bilindi


Qarabağ'ın bütün rəqibləri bilindi

"Qarabağ" yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Corner.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si keçiriləcək “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib