7 avqust 2026. Cümə

Qəbələ'nin iki rəqibi bilindi


Qəbələ'nin iki rəqibi bilindi

“Qəbələ” sabah 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verəcək.

Corner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Bakıda bir araya gələcək. Elmar Baxşıyevin rəhbərliyi altında olacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcək.

Hazırlıq prosesinin paytaxtda keçiriləcək ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.

“Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı oynanılacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra keçiriləcək ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 21-də və 25-də keçiriləcək digər iki qarşılaşmadakı rəqiblər dəqiqləşməyib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı