15 avqust 2026. Şənbə

Sumqayıt'ın rəqibləri bəlli oldu


Sumqayıt'ın rəqibləri bəlli oldu

"Sumqayıt"  artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Corner.az klubun saytına istinadən xəbər verir ki,  baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək. "Sumqayıt"  hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib