22 iyun 2026. Bazar ertəsi

AFFA daha 3 nəfəri futboldan uzaqlaşdırdı - Namiq Yusifov da var


AFFA daha 3 nəfəri futboldan uzaqlaşdırdı - Namiq Yusifov da var

AFFA danışılmış oyunlarla bağlı yeni açıqlama yayıb.

Corner.az AFFA-nın saytına istinadən bildirir ki, “Qarabağ”ın sabiq futbolçusu Namiq Yusifov, “Səbail-2” komandasının sabiq futbolçusu Ceyhun Quliyev və “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı Kamran Əkbərovun bütün növ futbol fəaliyyətinə, futbol tədbirləri zamanı stadionlara girişinə qadağa qoyulub.

AFFA qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq belə qərar verib.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.








Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı