21 aprel 2026. Çərşənbə axşamı

Qarabağ'la 6 xallıq fərq hələ heç nə demək deyil - Roberto Bordin


Qarabağ'la 6 xallıq fərq hələ heç nə demək deyil - Roberto Bordin

"Mövsümün sonunda qalibin kim olacağı haqda danışmaq çox tezdir. Bütün diqqətimizi təlim-məşq toplanışına yönəltmişik. Mövsümü maksimum nəticə ilə başa vurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Corner.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin "CBC Sport"a açıqlamasında deyib.

Çempionluq şanslarını dəyərləndirən italiyalı mütəxəssis "Qarabağ"la 6 xallıq fərqin olmasına baxmayaraq, hələ də şanslarının qaldığını və çempion olmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil. Ötən mövsüm göstərdi ki. hər şeyi dəyişmək mümkündür. Amma unutmaq olmaz ki, biz yalnız "Qarabağ"la mübarizə aparmırıq. Ancaq irəli baxıb, hər oyundan maksimum nəticə ilə ayrılmaq lazımdır".

Bordin "Səbail"dən icarədən qayıdan Mirabdulla Abbasov və mümkün transferlər haqda da danışıb: "Mirabdulla yüksək səviyyəli futbolçudur. Onun komandaya qayıdışına çox sevindim. Ötən mövsüm əla oyunlar keçirmişdi. Yeni transferlərin olub-olmayacağı isə Türkiyədəki hazırlıqlardan sonra məlum olacaq. Yoldaşlıq oyunlarında hansısa mövqelərdə boşluqlar görsək, elə həmin mövqeyə futbolçu alacağıq".







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”