7 may 2026. Cümə axşamı

Zaur Həşimovdan məğlubiyyət şərhi


Zaur Həşimovdan məğlubiyyət şərhi

"İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə yol verdiyimizə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu".

Corner.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Ümraniyespor"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə deyib.

O bildirib ki, hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduqları planı yerinə yetiriblər: "Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldır. Rəqib komandada isə fərqli idi, “Ümraniyespor” tam hazır, formasının pikindədir, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi