21 aprel 2026. Çərşənbə axşamı

Mən elə məşqçilərdən deyiləm - Sopiç


Mən elə məşqçilərdən deyiləm - Sopiç

'Sabah"ın baş məşqçisi Jelko Sopiç dünən Antalyada Macarıstanın “Pakş” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Corne.az-ın xəbərinı görə, xorvatiyalı mütəxəssis klubun saytına açıqlamasında deyib ki, ilk 60 dəqiqədə sərgilədikləri oyundan məmnun qalıb:“Rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazansaq da, istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, nümayiş etdirdiyimiz oyunun gələcək üçün ümid verdiyini deyə bilərəm”.

"Pakş" ilə matç "Sabah"ın bir neçə gənc futbolçusunun əsas komandada ilk oyunlarını keçirmələri ilə də əlamətdar oldu. U-19 komandasının üzvləri – Neymət Musayev, Ceyhun Nuriyev, Abdulla Xaybulayev və Rüstəm Samiqqulin əsas komandada debüt etdilər. Sopiç həmçinin gənc futbolçuların çıxışı barədə də danışıb:

"Bu oyunda bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldır. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçuya şans verdik. Həmçinin bizim gənc qolkiperin, Rüstəm Samiqqulinin əsas komandada ilk oyununu keçirməsi də sevindiricidir. Onun cəmi 16 yaşı var.

Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə özlərini yaxşı göstərmişdilər və şans qazanmağa layiq idilər. Mən gənclərə bir-iki dəqiqə şans verən məşqçilərdən deyiləm. Fikrimcə, onlar klubun gələcəyidilər və daha çox oynamalıdılar.

Əlbəttə, 8 gənc futbolçu ilə oynayanda nəticə qazanmaq çətin olur. Ancaq bu, hazırlıq mərhələsidir və hər bir futbolçu özünü göstərmək üçün şans qazanmalıdır. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm”.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”