8 avqust 2026. Şənbə

Komandanı istədiyimdən də yaxşı gördüm - Ayxan Abbasov


Komandanı istədiyimdən də yaxşı gördüm - Ayxan Abbasov

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq".

Corner.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində bu gün Macarıstanın “Kapoşvar” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 3:4 hesablı məğlubiyyəti belə şərh edib: "Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı