12 may 2026. Çərşənbə axşamı

Rumıniyalılarla 8-ci duel


Rumıniyalılarla 8-ci duel

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” ikinci yoxlama oyununa çıxacaq.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” bu gün Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşacaq.

Zaur Həşimovun komandası bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub.

2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabı ilə qalib gələn “Zirə”nin qələbə qolunu Luiz Alberto Diez vurub. İlyarım sonra – 2017-ci ilin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzub. Komandada Orxan Əliyev fərqlənib. Son iki qış fasiləsində “Voluntari” sınaqçı rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0 hesablı qələbə Elşən Abdullayevlə Vüsal İsgəndərlinin qolları ilə gerçəkləşib. Ötən il isə Pərdis Fərcad-Azadın qolu həlledici olub. 2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb. Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. 5 qol vuran zirəlilər 2 top buraxıblar.

“Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. II təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzan komanda evdə qolsuz heç-heçə edib. Yeganə qola Rəşad Sadiqov imza atıb.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Türkiyə təmsilçisi “Ümraniyəspor”a 0:3 hesabı ilə uduzub.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi